DOLAR
50,55 ₺
EURO
55,54 ₺
STERLİN
66,60 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Müsahibə Təhlil Sport Yazarlar Mədəniyyət YanPress
Menü
Dil
Русский Azerbaycan

Avropa ölkələri Rusiya ilə birbaşa danışıqlar aparmaq imkanını müzakirə edir

Avropa ölkələri Ukraynada müharibənin dayandırılması və gələcək təhlükəsizlik məsələlərinin müzakirəsi məqsədilə Rusiya ilə birbaşa danışıqlar aparılması…

|
Avropa ölkələri Rusiya ilə birbaşa danışıqlar aparmaq imkanını müzakirə edir

Avropa ölkələri Ukraynada müharibənin dayandırılması və gələcək təhlükəsizlik məsələlərinin müzakirəsi məqsədilə Rusiya ilə birbaşa danışıqlar aparılması imkanını nəzərdən keçirir.

VOİCEPRESS-in xarici KİV-ə istinadən məlumatına görə, Avropa İttifaqı ölkələri Moskva ilə danışıqlarda Avropanı təmsil edəcək vahid nümayəndə heyətinin formalaşdırılması istiqamətində razılığa gəlib. Nümayəndə heyətinə Fransa, Almaniya, Böyük Britaniya, İtaliya və Polşanın daxil olması nəzərdə tutulur. Avropa İttifaqının əsas institutları da prosesdə iştirak edəcək. Rusiya Prezidenti Vladimir Putin isə Avropa nümayəndələrini Moskvaya dəvət etmək təklifinin diplomatik kanallar vasitəsilə çatdırıldığını bildirib. Onun sözlərinə görə, Moskva Avropa ölkələrinin danışıqlarda hansı mövqedən çıxış edəcəyini öyrənmək istəyir.  Bununla belə, Avropa daxilində məsələyə münasibət birmənalı deyil. Bəzi ölkələr atəşkəs əldə olunmadan Rusiya ilə Avropanın təhlükəsizlik arxitekturasının müzakirəsini vaxtından əvvəl hesab edir. Digər dövlətlər isə Avropanın danışıqlarda birbaşa iştirakını zəruri sayır. 

Almaniya kansleri Fridrix Merz də Avropanın Ukraynanın gələcəyi ilə bağlı qərarların qəbulunda iştirak etməsinin vacibliyini vurğulayıb.

Avropa ölkələrinin Rusiya ilə birbaşa dialoq imkanlarını müzakirə etməsi Ukrayna müharibəsinin diplomatik yolla həlli prosesində yeni mərhələnin formalaşa biləcəyini göstərir. Avropa artıq yalnız ABŞ və Rusiya arasındakı danışıqların nəticələrini gözləmək deyil, öz maraqlarını və təhlükəsizlik mövqeyini birbaşa müdafiə etmək istəyir. Lakin Moskva ilə Kiyev arasında əsas məsələlər üzrə fikir ayrılıqları davam etdiyindən danışıqların konkret nəticə verib-verməyəcəyi hələ açıq qalır.

Aysel İsgəndərova

VOİCEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR