DOLAR
50,27 ₺
EURO
56,46 ₺
STERLİN
67,68 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Müsahibə Təhlil Sport Yazarlar Mədəniyyət YanPress
Menü
Dil
Русский Azerbaycan

Azərbaycan nümayəndə heyəti Antalyada COP31-in rəsmi tədbirlərində iştirak edir

Noyabrın 9-da Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) öz işinə…

|
Azərbaycan nümayəndə heyəti Antalyada COP31-in rəsmi tədbirlərində iştirak edir

Noyabrın 9-da Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) öz işinə başlayıb. Azərbaycan nümayəndə heyəti konfransın rəsmi açılış mərasimində, eləcə də beynəlxalq iqlim əməkdaşlığının gücləndirilməsinə həsr olunmuş yüksək səviyyəli tədbirlərdə iştirak edib.

VOİCEPRESS xəbər verir ki, COP31-in açılış mərasimində Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum COP30-un prezidenti Andre Korrea du Laqodan COP sədrliyini təhvil alıb.

Mərasimdə beynəlxalq iqlim əməkdaşlığının gücləndirilməsi, Paris Sazişinin məqsədlərinə nail olunması və qəbul edilmiş iqlim öhdəliklərinin konkret tədbirlərlə həyata keçirilməsinin vacibliyi vurğulanıb. Murat Kurum açılış nitqibdə Azərbaycan nümayəndə heyətinə beynəlxalq iqlim prosesinə verdiyi töhfələrə görə təşəkkür edib. O həmçinin COP29 çərçivəsində Bakıda illik 300 milyard ABŞ dolları həcmində yeni iqlim maliyyələşdirilməsi hədəfinin müəyyən edildiyini qeyd edərək, maliyyə öhdəliklərinin konkret nəticələrə çevrilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Konfrans çərçivəsində Azərbaycan nümayəndə heyətinin müxtəlif yüksək səviyyəli tədbirlərdə, tematik müzakirələrdə və ikitərəfli görüşlərdə iştirakı nəzərdə tutulur.

VOİCEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR