DOLAR
50,36 ₺
EURO
55,69 ₺
STERLİN
66,75 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Müsahibə Təhlil Sport Yazarlar Mədəniyyət YanPress
Menü
Dil
Русский Azerbaycan

Dağıstanda Rusiya çempionatının mükafatçısı güllələnərək öldürülüb

Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək…

|
Dağıstanda Rusiya çempionatının mükafatçısı güllələnərək öldürülüb

Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək öldürülüb.

VOİCEPRESS Rusiya mediasına istinadən xəbər verir ki, hadisə “Marrakeş” banket zalının yaxınlığında baş verib.

Bildirilib ki, tədbirdə iştirak edən idmançı binadan çıxdıqdan sonra qara rəngli “Toyota Camry” avtomobilindən ona atəş açılıb.

Güllələrdən biri Davudovun başına dəyib. Yaralı idmançı xəstəxanaya çatdırılarkən yolda həyatını itirib.

Hadisəni törədən şəxslər ərazidən qaçıblar. Onların istifadə etdikləri avtomobil axtarışa verilib.

Qeyd edək ki, Məhəmməd Davudov Rusiyanın idman ustası, 2016-cı ildə cüdo üzrə Avropa Kubokunun qalibi və 2023-cü ildə sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı olub.

VOİCEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR