DOLAR
50,50 ₺
EURO
55,53 ₺
STERLİN
66,72 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Müsahibə Təhlil Sport Yazarlar Mədəniyyət YanPress
Menü
Dil
Русский Azerbaycan

“ƏDV geri al” mexanizmi daha geniş sahələri əhatə edəcək

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

|
“ƏDV geri al” mexanizmi daha geniş sahələri əhatə edəcək

Sadələşdirilmiş və gəlir/mənfəət vergisi ödəyiciləri (ƏDV qeydiyyatında olan vergi ödəyiciləri istisna olmaqla) tərəfindən fiziki şəxs olan istehlakçılara Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab verən nəzarət-kassa aparatının çeki əsasında Vergi Məcəlləsinin 165.5-ci maddəsində nəzərdə tutulmuş ƏDV gerial tətbiq edilən eyni fəaliyyət sahələri üzrə təqdim edilən mallar (işlər, xidmətlər) üçün yalnız nağdsız əməliyyatın dəyərinin 0,9 faizinin fiziki şəxs olan istehlakçılara geri qaytarılması mexanizminin tətbiqi (bu mexanizm vergidən azad edilən malların (işlərin, xidmətlərin) təqdim edilməsinə şamil edilmir) təklif olunur.

VOİCEPRESS-in xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

VOİCEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR