Bu gündən etibarən eksternat təhsilalma forması üzrə ümumi orta və ya tam orta təhsil haqqında təhsil sənədinin əldə edilməsi məqsədi ilə sənəd qəbuluna başlanılır.
Bu barədə VOİCEPRESS-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd edək ki, ekternat təhsil üzrə keçiriləcək imtahanlarda yaşı ümumi orta təhsil səviyyəsi haqqında attestat almaq üçün 16-dan, tam orta təhsil səviyyəsi haqqında attestat almaq üçün isə 18-dən aşağı olmayan namizədlər iştirak edə bilərlər.
Eksternat təhsilalma formasının tətbiqində məqsəd müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslərə bu səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaqdır.
VOİCEPRESS