Bu gün Hörmüz boğazının şərqində neft tankerinin dəniz minasına toxunması nəticəsində partlayış baş verib.
VOİCEPRESS İraqın rəsmi xəbər agentliyinə (İNA) istinadla bildirir ki, bunu İran ordusunun Hərbi Dəniz Qüvvələri açıqlayıb.
Bildirilib ki, qanunsuz marşrutla hərəkət edən neft tankeri Hörmüz boğazının şərqində dəniz minasına çırpıldıqdan sonra partlayışa məruz qalıb.
Hadisənin təfərrüatları barədə məlumat verilməyib.
VOİCEPRESS