DOLAR
50,36 ₺
EURO
55,69 ₺
STERLİN
66,75 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Müsahibə Təhlil Sport Yazarlar Mədəniyyət YanPress
Menü
Dil
Русский Azerbaycan

KİV: İsrail Trampın İran tərəfindən sui-qəsd planının hədəfi ola biləcəyi barədə xəbərdarlıq edib

“Israel Hayom” qəzeti İsrail və ABŞ mənbələrinə istinadən belə bir iddia ilə çıxış edib.

|
KİV: İsrail Trampın İran tərəfindən sui-qəsd planının hədəfi ola biləcəyi barədə xəbərdarlıq edib

İsrailin “Mossad” kəşfiyyat xidməti İranın pilotsuz uçuş aparatlarından istifadə etməklə ABŞ Prezidenti Donald Trampa və onun administrasiyasının yüksəkvəzifəli nümayəndələrinə hücum planlaşdırdığına dair məlumatları Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) ötürüb.

VOİCEPRESS xəbər verir ki, “Israel Hayom” qəzeti İsrail və ABŞ mənbələrinə istinadən belə bir iddia ilə çıxış edib.

Bu məlumatla əlaqədar ABŞ-da xüsusi təhlükəsizlik tədbirləri görülüb. Donald Trampın ictimai çıxışları məhdudlaşdırılıb, bundan əlavə, bəzi yüksəkvəzifəli amerikalı rəsmilər evlərindən mühafizə olunan obyektlərə köçürülüb.

“Israel Hayom”un məlumatına görə, son günlər ABŞ və İran arasında razılaşma əldə edilməsi ehtimalı əhəmiyyətli dərəcədə azalıb. Bu, qismən MKİ-nin “Mossad” kəşfiyyatından aldığı məlumatlarla bağlıdır. Həmin məlumatlar Trampın bu yaxınlarda Tehranla danışıqlara yanaşmasını dəyişməsinin səbəblərindən biri olub.

Bu həftənin əvvəlində Amerikanın “Axios” portalı “Mossad”ın direktoru Roman Qofmanın İranla münaqişənin gedişatını müzakirə etmək üçün Vaşinqtona gəldiyini bildirib. İsrail Baş naziri Benyamin Netanyahunun ən etibarlı şəxslərindən biri olan Qofmanın səfəri İsrail baş nazirinin Trampa İrana qarşı hərbi əməliyyatların bərpa edilməsi məqsədilə təzyiq göstərdiyi vaxta təsadüf edir. Tramp cümə axşamı bəyan edib ki, Vaşinqton Səudiyyə Ərəbistanı da daxil olmaqla, bir sıra Yaxın Şərq ölkələrinin xahişi ilə İranla münaqişədə daha sərt tədbirlər görməməyə üstünlük verir.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı müharibəyə başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıb. Lakin iyulun 8-nə keçən gecə ABŞ əldə olunmuş razılaşmaların Hörmüz boğazı ilə bağlı şərtlərinin İran tərəfindən pozulduğunu əsas gətirərək, ölkəyə qarşı genişmiqyaslı zərbələri bərpa edib.

Dünya üzrə neft ticarətinin təxminən 25 faizi və mayeləşdirilmiş təbii qaz ticarətinin təxminən 20 faizi bu boğaz vasitəsilə həyata keçirilir.

VOİCEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR