DOLAR
50,33 ₺
EURO
55,82 ₺
STERLİN
66,90 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Müsahibə Təhlil Sport Yazarlar Mədəniyyət YanPress
Menü
Dil
Русский Azerbaycan

QMİ “İmamzadə”də baş verən insidentə münasibət bildirdi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov Gəncə şəhər "İmamzadə Ziyarətgahı"nda baş verən insidentə…

|
QMİ “İmamzadə”də baş verən insidentə münasibət bildirdi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov Gəncə şəhər “İmamzadə Ziyarətgahı”nda baş verən insidentə münasibət bildirib.
QMİ-nin səlahiyyətli nümayəndəsinin VOİCEPRESS-ə verdiyi məlumata görə, 30 sentyabr və 1 oktyabr tarixlərində Gəncə şəhər “İmamzadə Ziyarətgahı”nda Tasua və Aşura mərasimlərinin keçirilməsi üçün aidiyyəti orqan və təşkilatlar tərəfindən yüksək səviyyədə təşkilatı məsələlər həyata keçirilib.

Razılaşdırılmış qaydada ziyarətgaha giriş qadınlar üçün bir qapıdan, kişilər üçün isə digər qapıdan təşkil olunub: “Axşam saatlarında bir qrup insanlar ziyarətə qadınlar tərəfindən keçməyə cəhd göstərib, lakin baş vermiş insidentin qarşısı asayiş keşikçiləri tərəfindən qısa zamanda alınıb və sabitlik bərpa olunub. Ziyarətgahda keçirilən mərasim sabitliklə davam edərək, tam təhlükəsiz başa çatıb”.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR