Azərbaycan-Gürcüstan Milli Müdafiə universitetləri arasında təcrübə mübadiləsi aparılıb
Azərbaycan ilə Gürcüstan Müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Gürcüstan Milli Müdafiə Akademiyası rəisinin birinci müavini polkovnik İmeda Gvritshvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda rəsmi səfərdədir.