2027-ci ilin aprel ayında Bakıda Dünya Bankı Qrupu ilə birgə Dövlət Müəssisələri üzrə Qlobal Konfransın keçirilməsi planlaşdırılır.
VOİCEPRESS xəbər verir ki, bu barədə maliyyə naziri Sahil Babayevin Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın daxil olduğu nümayəndə heyəti ilə görüşündə bildirilib.
Görüşdə konfransa hazırlıq məsələləri müzakirə olunub.
Bildirilib ki, konfrans dövlət müəssisələrinin idarə olunması və maliyyə dayanıqlığının gücləndirilməsi sahəsində beynəlxalq təcrübə mübadiləsi üçün mühüm platforma olacaq.
Tərəflər, həmçinin dövlət müəssisələrinin maliyyə intizamının, korporativ idarəetməsinin və dividend siyasətinin təkmilləşdirilməsi, eləcə də potensial fiskal risklərin idarə olunması istiqamətində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
VOİCEPRESS