DOLAR
50,33 ₺
EURO
55,82 ₺
STERLİN
66,90 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Müsahibə Təhlil Sport Yazarlar Mədəniyyət YanPress
Menü
Dil
Русский Azerbaycan

“Qalatasaray”ın sabiq qapıçısı Fernando Muslera futbolçu karyerasını başa vurur

“Qalatasaray”ın sabiq qapıçısı Fernando Muslera futbolçu karyerasını başa vurmağa hazırlaşır.

|
“Qalatasaray”ın sabiq qapıçısı Fernando Muslera futbolçu karyerasını başa vurur

“Qalatasaray”ın sabiq qapıçısı Fernando Muslera futbolçu karyerasını başa vurmağa hazırlaşır.

VOİCEPRESS xəbər verir ki, hazırda Argentinanın “Estudiantes” klubunda çıxış edən uruqvaylı qolkiper Libertadores Kubokunun finalından sonra futbolla vidalaşmağı planlaşdırır.

Bu barədə “El Espectador Deportes” məlumat yayıb.

Mənbənin iddiasına görə, 40 yaşlı qapıçı noyabrın 28-də Braziliyanın “Palmeyras” klubuna qarşı keçirəcəkləri final görüşündən sonra karyerasını bitirəcək.

Həlledici qarşılaşma Uruqvayın paytaxtı Montevideodakı “Sentenario” stadionunda baş tutacaq.

Muslera “Estudiantes”in finala yüksəlməsində mühüm rol oynayıb. O, yarımfinalda “Flamenqo” ilə qarşılaşmanın penaltilər seriyasında üç zərbəni dəf edərək komandasının qələbəsinə töhfə verib.

Qeyd edək ki, təcrübəli qolkiper 2011–2025-ci illərdə “Qalatasaray”da çıxış edib. O, İstanbul klubunun heyətində 8 dəfə Türkiyə çempionu olub.

VOİCEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR