4 mindən çox “Mazda” geri çağırılır
"Mazda Motor Rus" şirkəti Rusiyada 4,5 mindən çox avtomobili geri çağırıb.VOİCEPRESS -in məlumatına görə, qərar təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır.Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2005-2010-cu illərdə Rusiyada satılmış "Mazda 5" modellərinə şamil olunur.Qeyd edək ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.VOİCEPRESS.AZ