DOLAR
50,36 ₺
EURO
55,69 ₺
STERLİN
66,75 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Müsahibə Təhlil Sport Yazarlar Mədəniyyət YanPress
Menü
Dil
Русский Azerbaycan

KİV: İranın arsenalında 1 500–2 500 ballistik raket olduğu bildirilir

ABŞ kəşfiyyatının qiymətləndirməsinə görə, İranın arsenalında 1500–2500 ballistik raket var.

|
KİV: İranın arsenalında 1 500–2 500 ballistik raket olduğu bildirilir

ABŞ kəşfiyyatının qiymətləndirməsinə görə, İranın arsenalında 1500–2500 ballistik raket var. Bu isə Tehranın müharibədən əvvəlki raket ehtiyatının yarıdan çoxunu bərpa etdiyini göstərir.

VOİCEPRESS xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Məlumata görə, İran raket arsenalını əsasən əvvəlcədən ehtiyatda saxladığı komponentlər hesabına artırır. ABŞ və İsrailin zərbələri nəticəsində raket anbarlarının girişləri dağıdılsa da, peyk görüntüləri İranın bəzi obyektləri yenidən açaraq raketləri çıxardığını göstərir.

ABŞ kəşfiyyatı rəqəmlərin dəqiq olmadığını, İranın raket ehtiyatlarını müəyyənləşdirməyin çətinliyini vurğulayır.

Bununla belə, bu qiymətləndirmə ABŞ Prezidenti Donald Trampın İranın raket arsenalının 85 faizinin məhv edildiyi barədə açıqlaması ilə ziddiyyət təşkil edir.

İsrail rəsmiləri də İranın 1500-dən çox ballistik raketə malik olduğunu hesab edirlər.

VOİCEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR