DOLAR
50,33 ₺
EURO
55,82 ₺
STERLİN
66,90 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Müsahibə Təhlil Sport Yazarlar Mədəniyyət YanPress
Menü
Dil
Русский Azerbaycan

Bakıda "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası" keçirilib

Bakı şəhərində "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası"nın Təlim-Tədris üzrə işçi qrupunun fəaliyyəti üzrə seminar keçirilib.

|
Bakıda "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası" keçirilib

Bakı şəhərində "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası"nın Təlim-Tədris üzrə işçi qrupunun fəaliyyəti üzrə seminar keçirilib.

Bu barədə VOİCEPRESS-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, seminarda hər iki ölkə ordularının komanda-nəzarət, radioelektron mübarizə və kibertəhlükəsizlik qabiliyyətlərinin inkişaf etdirilməsi, həmçinin göstərilən sahələrdə dünyada cərəyan edən hadisələrin təqib edilməsi məqsədilə ətraflı müzakirələr aparılıb.

Seminar çərçivəsində müxtəif mövzular üzrə çıxış edən məruzəçilər mövcud fəaliyyət mexanizmləri barədə məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Tədbirin sonunda tərəflər arasında "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası"nın Təlim-Tədris üzrə yekun protokolu imzalanıb, qarşılıqlı hədiyyələr təqdim olunub.

Qeyd edək ki, bu cür əməkdaşlıq hər iki ölkə ordularının döyüş hazırlığının artırılmasına, peşəkar təcrübə mübadiləsinin genişləndirilməsinə və təlim-tədris üzrə hərbi əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edir.

VOİCEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR